 |
AVRO-2009: YENİ OLİMPİYA DÖVRÜNÜN İLK VACİB ÇEMPİONATI
15-17 may 2009-cu ildə Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçiriləcək.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində üç gün davam edəcək yarışda 32 ölkənin 186 gimnastı medallar uğrunda mübarizə aparacaq. Fərdi proqramda 31 ölkənin 75 idmançısı, yeniyetmələrin qrup komanda mübarizəsində isə 17 kollektiv 6 dəst medalın müqəddəratını həll edəcək. |
|
 |
“STADLER RAIL GROUP”: GIMNASTIKA ÜZRƏ AVROPA İTTIFAQININ SPONSORU VƏ RƏSMI PARTNYORU
Dünyada aparıcı rels nəqliyyat vasitəsi istehsalçılarından sayılan “Stadler Rail Group” və bütün Avropa Gimnastika Federasiyalarına himayədarlıq edən Avropa Gimnastika İttifaqı (UEG) bu gün Bakıda, Azərbaycanda bədii gimnastika üzrə 25-ci Avropa Çempionatında sponsorluq haqda müqavilə imzaladığını elan etdilər. Müqavilənin vaxtı 1 iyul 2009-cu ildən 31 dekabr 2011-ci ilədək razılaşdırıldı. Sponsorluq müqaviləsi çərçivəsində “Stadler” P |
|
 |
DMITROS DMITROPULOS: “İSTƏRDIK KI, BƏDII GIMNASTIKA ÜZRƏ AVROPA ÇEMPIONATI HƏR IL BAKIDA KEÇIRILSIN”
Bu sözləri Avropa Gimnastika İttifaqının (UEG) prezidenti cənab Dmitros Dmitropulos mətbuat mərkəzində gimnastika üzrə 25-ci Avropa çempionatının açılışına həsr olunmuş mətbuat konfransında deyib.
Konfransda, həmçinin UEG-nin vitse-prezidenti cənab Andraş Şabo, Təşkilat Komitəsinin vitse-prezidenti cənab Altay Həsənov, Azərbaycan seçmə komandasının baş məşqçisi xanım Marianna Vasileva, yarışların koordinatoru cənab Fərid Qayıbov və İsveçr |
|
 |
25-CI AVROPA ÇEMPIONATI START GÖTÜRDÜ
Bu gün bədii gimnastika üzrə 25-ci Avropa çempionatı start götürdü. Təsnifat mərhələsinin ilk günü “A” qrupu gimnastlarının çıxışları ilə başa çatdı. Bu qrupda yer almış Azərbaycan gimnastlarından Aliyə Qarayeva və Anna Qurbanova xalça üzərinə çıxdılar. Qarayeva ip və halqa, Qurbanova isə lent və topla hərəkətləri icra etdilər. Turnirinin birinci günün nəticələrinə görə, komandamız Rusiya və Ukrayna millilərindən sonra üçüncü yer |
|
 |
Azərbaycan Avropanın ikinci komandasıdır
Bu gün bədii gimnastika üzrə 25-ci Avropa çempionatının fərdi gimnastların komanda yarışlarına yekun vuruldu. Azərbaycan milli komandası tarixində ilk dəfə olaraq, qitə yarışlarının gümüş medalını qazandı. Aliyə Qarayeva 27.350 bal, Anna Qurbanova isə 27.350 bal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxdılar. Avropa çempionu adını isə Rusiya kollektivi qazandı. Bürünc medallar isə Ukrayna komandasına nəsib oldu. |
|