logo
06.09.2010    08:45
english  |  azərbaycan  |  русский


PAŞA Bankın təsis etdiyi “Tamaşaçıların simpatiyası prizi”nin səsvermə nəticələri !


 

 
1 EUR 1,0386
1 USD 0,8045
1 RUR 0,023

 

 

Əziz idmançılar!
Sizi – bədii gimnastika üzrə 25-ci Avropa çempionatının iştirakçılarını səmimi qəlbdən salamlayıram. Bədii gimnastika üzrə mötəbər yarışların Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.


Bu, respublikada idman və Olimpiya hərəkatının sürətli inkişafının və Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrilməsinin göstəricisidir. Respublikamızda bədii gimnastika özünün sürətli inkişaf dövrünü yaşayır. Pekin Olimpiya Oyunlarında Azərbaycan gimnastının fərdi yarışlarda 6-cı, qrup yarışlarında isə idmançılarımızın 7-ci yer tutması böyük nailiyyətdir. Hesab edirəm ki, Milli Gimnastika Federasiyasının çoxtərəfli fəaliyyəti, bu qurumun beynəlxalq əlaqələri səmərəli əməkdaşlıq şəraitində qurması, ölkəmizdə keçirilmiş dünya və qitə çempionatlarının yüksək səviyyədə təşkil olunması öz bəhrələrini verir.

Bədii gimnastika üzrə 25-ci Avropa çempionatının da yüksək səviyyədə keçiriləcəyinə, iştirakçıların və qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrılacağına əminəm. Yarış iştirakçılarına uğurlar, qələbə sevinci, möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti,
Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti

 



home    search    mail  

Bu çempionatda Azərbaycan komandasından neçə medal gözləyirsiniz?

1
2
3


map of capital

Bilirsinizmi:

Bədii Gimnastika üzrə Avropa Çempionatının birinci qalibi Həlimə Şuqurova olmuşdur...

Bakıda keçiriləcək Bədii Gimnastika üzrə növbəti Avropa Çempionatı sayca 25-cidir...

Bədii Gimnastika üzrə Avropa Çempionatına ev sahibliyi etmək şərəfinə daha çox İspaniya layiq görülmüşdür...

www.navigator.az - "Bakının kataloqu"


 

 


© Azərbaycan Gimnastika Federasiyası
Sayt tərtibatı, Coloritm