logo
06.09.2010    08:51
english  |  azərbaycan  |  русский


PAŞA Bankın təsis etdiyi “Tamaşaçıların simpatiyası prizi”nin səsvermə nəticələri !


 

 
1 EUR 1,0386
1 USD 0,8045
1 RUR 0,023

 

 

Əziz dostlar!
Bədii gimnastika üzrə 25-ci Avropa çempionatının Təşkilat komitəsi adından mən şəhərimizə gəlmiş bütün gimnastları, nümayəndə heyətlərinin üzvlərini və fəxri qonaqları salamlayır və onlara “Bakıya yenidən xoş gəlmisiniz!” deyirəm.


Azərbaycan paytaxtı Avropanın bədii gimnastika ailəsini qəbul etməyə və yeni çempionların adını elan etməyə hazırdır. Biz çox gözəl başa düşürük ki, Bakıda keçiriləcək Avro-2009 yeni olimpiya dövründə ilk mühüm yarış olacaqdır. Bundan əlavə, bu, yubiley çempionatıdır, və bu amil də, bizim – təşkilatçıların məsuliyyətini daha da artırır. 2007-ci ildə bu cür mühüm yarışların keçirilməsindəki təcrübəmizi nəzərə alaraq, biz bu çempionatı yüksək səviyyədə təşkil edəcək, bununla da, Avropa Gimnastika İttifaqının bizə göstərdiyi etimadı doğruldacağıq. Biz gözəl şərait yaradacağıq, və mən ümid edirəm ki, Siz Bakıya yenidən gəlməkdən, onun çoxəsrlik mədəniyyətini və müasir görünüşünü, onun qədim idman ənənələrini qiymətləndirərək, məmnunluq duyacaqsınız. Mən əminəm ki, çempionatın hər günü Avropanın bədii gimnastika bayramının xoş anlarına çevriləcəkdir. Bütün iştirakçılara uğurlu yarışlar və qələbə sevinci arzulayıram!


Mehriban ƏLİYEVA,
Avropa çempionatının Təşkilat Komitəsinin Prezidenti,
Azərbaycan Gimnastika Federasiyasının Prezidenti

 



home    search    mail  

Bu çempionatda Azərbaycan komandasından neçə medal gözləyirsiniz?

1
2
3


map of capital

Bilirsinizmi:

Bədii Gimnastika üzrə Avropa Çempionatının birinci qalibi Həlimə Şuqurova olmuşdur...

Bakıda keçiriləcək Bədii Gimnastika üzrə növbəti Avropa Çempionatı sayca 25-cidir...

Bədii Gimnastika üzrə Avropa Çempionatına ev sahibliyi etmək şərəfinə daha çox İspaniya layiq görülmüşdür...

www.navigator.az - "Bakının kataloqu"


 

 


© Azərbaycan Gimnastika Federasiyası
Sayt tərtibatı, Coloritm