logo
06.09.2010    08:46
english  |  azərbaycan  |  русский


PAŞA Bankın təsis etdiyi “Tamaşaçıların simpatiyası prizi”nin səsvermə nəticələri !


 

 
1 EUR 1,0386
1 USD 0,8045
1 RUR 0,023

 

 

25-CI AVROPA ÇEMPIONATI START GÖTÜRDÜ


Bu gün bədii gimnastika üzrə 25-ci Avropa çempionatı start götürdü. Təsnifat mərhələsinin ilk günü “A” qrupu gimnastlarının çıxışları ilə başa çatdı. Bu qrupda yer almış Azərbaycan gimnastlarından Aliyə Qarayeva və Anna Qurbanova xalça üzərinə çıxdılar. Qarayeva ip və halqa, Qurbanova isə lent və topla hərəkətləri icra etdilər. Turnirinin birinci günün nəticələrinə görə, komandamız Rusiya və Ukrayna millilərindən sonra üçüncü yeri tutdu. Gimnastların mübarizəsi başa çatdıqdan sonra Avropa çempionatının təntənəli açılış mərasimi keçirildi. Bədii hissədə milli folklorumuzun elementlərindən ibarət olan əsrarəngiz şou – musiqi və artistizmin ideal harmoniyası, xüsusi effektlər tamaşaçılara unudulmaz anlar bəxş etdi. Sonra yarışın rəsmi hissəsi baş tutdu. Əvvəlcə yarış iştirakçıları və tamaşaçıları Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov salamladı. Ardınca söz Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Dmitros Dmitropulosa verildi. UEG prezidenti tədbir iştirakçılarına ürək sözlərini çatdırdı, təşkilati işlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, bədii gimnastika üzrə 25-ci Avropa çempionatını açıq elan etdi. Sabah yeniyetmələrdən ibarət qrup komandaların yarışları başlanacaq. Azərbaycan millisi xalçaya 12-ci çıxacaq. Komandalar çıxışlarını 5 lentlə nümayiş etdirəcəklər. Fərdi gimnastların təsnifat yarışlarının isə 2-ci mərhələsi keçiriləcək. A. Qarayeva və A. Qurbanova ilə yanaşı, yığmamızın digər üzvü Zeynəb Cavadlı da yarışlara qatılacaq. Qarayeva top və lent, Qurbanova halqa, Cavadlı isə iplə hərəkətləri icra edəcəklər.

 



home    search    mail  

Bu çempionatda Azərbaycan komandasından neçə medal gözləyirsiniz?

1
2
3


map of capital

Bilirsinizmi:

Bədii Gimnastika üzrə Avropa Çempionatının birinci qalibi Həlimə Şuqurova olmuşdur...

Bakıda keçiriləcək Bədii Gimnastika üzrə növbəti Avropa Çempionatı sayca 25-cidir...

Bədii Gimnastika üzrə Avropa Çempionatına ev sahibliyi etmək şərəfinə daha çox İspaniya layiq görülmüşdür...

www.navigator.az - "Bakının kataloqu"


 

 


© Azərbaycan Gimnastika Federasiyası
Sayt tərtibatı, Coloritm