logo
06.09.2010    08:52
english  |  azərbaycan  |  русский


PAŞA Bankın təsis etdiyi “Tamaşaçıların simpatiyası prizi”nin səsvermə nəticələri !


 

 
1 EUR 1,0386
1 USD 0,8045
1 RUR 0,023

 

 

Azərbaycan Avropanın ikinci komandasıdır


Bu gün bədii gimnastika üzrə 25-ci Avropa çempionatının fərdi gimnastların komanda yarışlarına yekun vuruldu. Azərbaycan milli komandası tarixində ilk dəfə olaraq, qitə yarışlarının gümüş medalını qazandı. Aliyə Qarayeva 27.350 bal, Anna Qurbanova isə 27.350 bal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxdılar. Avropa çempionu adını isə Rusiya kollektivi qazandı. Bürünc medallar isə Ukrayna komandasına nəsib oldu. Mükafatlandırma mərasimindən sonra qalib və mükafatçı komandaların iştirakı ilə mətbuat konfransı keçirildi. Qurbanova konfransda komandanın çıxışını belə dəyərləndirdi: “Biz əlimizdən gələni etdik və layiqli nəticə göstərdik”. Gimnastımız onu da bildirdi ki, sabahkı yarışlarda arxayınlaşma olmayacaq. “Hər şey sıfırdan başlanacaq və biz öz ustalığımızı yenidən sübut etməyə çalışacağıq”, - deyə gimnast bildirdi. A.Qarayeva isə öz növbəsində, əldə olunan qələbədə məşqçilərin əməyini xüsusi vurğuladı və onlara təşəkkür etdi. Gimnast komandanın qitə çempionatında yüksək nəticə qazanmasında başda xanım Mehriban Əliyeva olmaqla, Azərbaycan Gimnastika Federasiyasının müstəsna xidmətini də vurğuladı. Rusiya yığmasının baş məşqçisi, İrina Viner də yığmamızın çıxışın çox yüksək dəyərləndirərək dedi: “Qızlar yüksək səviyyədə çıxış etdilər və gümüş medal qazanaraq, Azərbaycan komandasını Avropada ikinci yerə yüksəltdilər”.

 



home    search    mail  

Bu çempionatda Azərbaycan komandasından neçə medal gözləyirsiniz?

1
2
3


map of capital

Bilirsinizmi:

Bədii Gimnastika üzrə Avropa Çempionatının birinci qalibi Həlimə Şuqurova olmuşdur...

Bakıda keçiriləcək Bədii Gimnastika üzrə növbəti Avropa Çempionatı sayca 25-cidir...

Bədii Gimnastika üzrə Avropa Çempionatına ev sahibliyi etmək şərəfinə daha çox İspaniya layiq görülmüşdür...

www.navigator.az - "Bakının kataloqu"


 

 


© Azərbaycan Gimnastika Federasiyası
Sayt tərtibatı, Coloritm